Bakıda ər qısqanclıq zəminində arvadını öldürdü
Bakıda "Qanlıgöl” ətrafındakı evlərdən birində qətl hadisəsi törədilib.
Adalet.az xəbər verir ki, Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb.
Dörd bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerindəcə keçinib. Hadisəni törədən Ə.Quliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Digər Xəbərlər
17 Aprel 2024 19:41