adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Mart 2017 11:12
5494
DÜNYA
A- A+

Ukrayna DİN-dən açıqlama: Voronenkovu öldürən şəxs Rusiya agenti olub

Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qatili RF xüsusi xidmət orqanlarının Ukrayna güc strukturlarına yeridilmiş agenti olub.

Adalet.az-ın xəbərinə görə, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın üzvü Anton Geraşşenko yerli televiziyalara açıqlamasında deyib.

O bildirib ki, qatil 2014-cü ilə Rusiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.

A.Geraşşenko qatilin Ukrayna Milli Qvardiyasında 13 ay xidmət etdiyini, lakin döyüşlərdə iştirak etmədiyini söyləyib.

Hazırda Ukrayna hüquq-mühafizə orqanları onun bütün fəaliyyətini araşdırır və bərabər xidmət etdiyi əsgər yoldaşlarını dindirir.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının sabiq üzvü Denis Voronenkov martın 23-də Kiyevin mərkəzində, Puşkin küçəsində güllələnib. Onun mühafizəçisi killerə atəş aça bilib və özü də yaralanıb. Cinayəti törədən şəxs xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə ilə bağlı təhqiqat aparılır.

D.Voronenkov 2016-cı ilin oktyabrında Ukraynaya qaçıb və Ukrayna vətəndaşlığı alıb. O, Ukrayna Baş Prokurorluğuna Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi və sabiq prezident Viktor Yanukoviçlə bağlı ifadələr verirdi.