adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Mart 2017 20:38
3431
HADİSƏ
A- A+

Rusiyanın sabiq deputatı qətlə yetirilib

Kiyevin mərkəzində Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkov öldürülüb.

Ukraynanın "Vesti” nəşrinin yaydığı məlumata görə, qətl hadisəsi "Premyer-Palaç” hotelinin yaxınlığında törədilib.

Nəşrin məlumatına əsasən, atışma Voronenkovun hoteldən mühafizəçi ilə birgə çıxdıqdan sonra başlayıb. İlkin məlumata görə, onlar ikisi də öldürülüb.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının sabiq deputatı Voronenkov ötən ilin sonunda həyat yoldaşı Mariya Maksakova ilə birlikdə Ukraynaya köçərək bu ölkənin vətəndaşlığını almışdı.(Oxu.az)