adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Mart 2017 18:35
8119
KRİMİNAL
A- A+

Şirvanda keçmiş məhkum 2 polisə xəsarət yetirib

Şirvanda qeyri-qanuni narkotik dövriyyəsində şübhəli bilinən şəxs polis əməkdaşlarına xəsarət yetirib.

Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən iki polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.


Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.