adalet.az header logo
  • Bakı 18°C
22 Mart 2017 21:29
3749
HADİSƏ
A- A+

Cəlilabadda ağır yol qəzası: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Cəlilabadda 2 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Adalet.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı "VAZ-2106”, "Chevrolet” və markası hələ ki, məlum olmayan minik avtomobili toqquşub.

Hələlik ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.