adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Mart 2017 15:52
8568
KRİMİNAL
A- A+

Axtarışda olan şəxs Gürcüstana keçərkən tutuldu

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bayram günlərində dövlət sərhədinin pozulması cəhdlərinin mümkün­lüyü ilə əlaqədar xidməti fəaliyyətin güc­lən­­­diril­məsi və sayıqlığın daha da artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, bu tədbirlər nəticəsində martın 21-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1987-ci il təvəllüdlü - Azər­baycan vətəndaşı Elgün Nadir oğlu İsmayıl-Necatın dövlət sərhədini qanunsuz pozaraq Gürcüstan ərazisinə keçmə cəhdinin qarşısı alınıb. Sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucusu müqavi­mət göstərərək hadisə yerindən qaçmağa cəhd edib, lakin DSX əməkdaşları tərəfindən yaxalanıb.

Fakt üzrə keçirilmiş tədbirlər nəticəsində vətəndaş E.N.İsmayıl-Necatın ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışda olması müəyyənləşdiril­ib. Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədinin pozulma­sı­na vasitəçilik etmiş 1962-ci il təvəllüdlü Ağstafa rayon sakini Gündüz İsmayıl oğlu Quliyev müəyyənləşdirilərək saxlanılıb.