adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Mart 2017 23:06
6898
SİYASƏT
A- A+

Yaponiyanın baş naziri Rusiyaya səfər edəcək

Yaponiya və Rusiyanın xarici işlər nazirlərinin əldə etdiyi razılaşmaya əsasən, Baş nazir Şinzo Abe aprelin sonunda Rusiyaya səfər edərək Prezident Vladimir Putinlə görüşəcək.

Adalet.az xəbər verir ki, bu barədə Jiji Press agentliyi məumat yayıb.

Rəsmi Tokionun qənaətinə görə, ölkə liderlərinin növbəti görüşü Hokkaydonun yaxınlığında yerləşən dörd şimal adasında təsərrüfat fəaliyyəti ilə bağlı müzakirələrin inkişafı ilə yanaşı, ərazi mübahisəsinin həllinə və sülh müqaviləsinin imzalanmasına təkan verə bilər.

Nazirlər Fumio Kişida və Serqey Lavrov birgə fəaliyyətlə bağlı prioritet obyektlərin və hüquqi məsələlərin seçilməsi və onların müzakirəsinin davam etdirilməsi barədə də razılığa gəliblər.

Rusiya tərəfi əvvəllər həmin adalarda yaşamış yaponlar üçün, həmçinin adaların indiki sakinlərinin Yaponiyaya rahat səfər etmələri məqsədilə vizaların ləğv olunmasını təklif edib. Yapon tərəfi isə Saxalinlə Hokkaydo arasında əlaqələrin inkişaf etdirilməsi planını irəli sürüb.