adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Mart 2017 21:46
3829
HADİSƏ
A- A+

Beyləqanda külli miqdarda sursat aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Beyləqan rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb.

ANAMA-dan Adalet.az-a verilən məlumata görə, rayonun Kəbirli kəndində drenaj kanalına baxış keçirilmiş, 3 min 8 ədəd partlamamış hərbi sursat (38 ədəd 40 mm-lik silah qumbarası (VOQ-25), 21 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ), 1 ədəd 70 mm-lik PQ-7VM raketi, 1 ədəd 73 mm-lik PQ-9 raketi, 5 ədəd F-1 əl qumbarası, 118 ədəd F-1 əl qumbarasının partladıcısı (UZRQM) və 2 824 ədəd müxtəlif çaplı patron) aşkar edilib, 2 824 ədəd müxtəlif çaplı patronun daşınması mümkün olduğuna görə mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qalanları isə məhdud daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib. Nəticə etibarilə 2 200 kv.m. ərazi yoxlanılıb.