adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Mart 2017 12:04
7111
SİYASƏT
A- A+

Səfirlik əməkdaşları Lapşinə baş çəkdi

Rusiyanın Azərbaycandakı Səfirliyinin əməkdaşları həbsdə olan bloqer Aleksandr Lapşinlə görüşüblər.

Adalet.az xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiyanın Azərbaycandakı səfirliyin mətbuat katibi Denis Apaşkin bildirib.


"Bu ilin mart ayının 15-ində səfirliyin konsulluğunun əməkdaşları 1 saylı İstintaq Təcridxanasında saxlanılan Rusiya vətəndaşı A.B.Lapşinlə növbəti görüş keçiriblər. Lapşin saxlanma şəraitindən şikayət etmədi. Onun səhhəti qənaətbəxşdir. İstintaq davam edir. Səfirlik A.Lapşinin vəkili ilə daimi əlaqədədir", - deyə o bildirib.

Qeyd edək ki, A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

A.Lapşin Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib