adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Mart 2017 21:11
5841
İDMAN
A- A+

Dünyanın bir nömrəli qapıçısı millimizlə oyunu buraxacaq

Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2018-in seçmə mərhələsində millimizlə keçiriləcək oyunu buraxacaq.

Adalet.az-ın "Bild”ə istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper ayağından zədə alıb. Bu səbəbdən "Bavariya”nın qapıçısı həm İngiltərə ilə yoldaşlıq matçında, həm də millimizlə qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Almaniya millisinə Mark-Andre ter Ştegen ("Barselona”) vəBernd Leno ("Bayer") kimi qapıçılar da dəvət alıb.Baş məşqçi Yoahim LövünKevin Trappı da milliyə dəvət edəcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.