adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Mart 2017 15:21
7969
MƏMLƏKƏT
A- A+

Martın 21-də yağış, qar yağacaq

Martın 21-dən 25-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, bu günlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.