adalet.az header logo
  • Bakı 18°C
20 Mart 2017 14:18
5376
MƏMLƏKƏT
A- A+

Azərbaycandan bu ölkəyə tomat ixracı qadağan edildi

Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan Rusiyaya aparılan 13 ton 941 kq təzə tomat saxlanılıb.

Rusiyanın fitosanitar müfəttişləri Azərbaycandan gətirilən tomatın sertifikatında şübhə doğuran düzəliş aşkar ediblər və buna görə də malın saxlanılması barədə qərar verilib.

Tomat yükünün sahibi karantin altında məhsulun gətirilməsi və daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib. 13 ton 941 kq tomatın Rusiya ərazisinə keçirilməsinə qadağa qoyulub.