adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Mart 2017 12:05
5761
DÜNYA
A- A+

İsrail səfiri Rusiya XİN-ə çağırıldı

İsrail səfiri Qari Koren Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Adalet.az xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlamasına deyib.

"Palmira şəhərində İsrail qırıcılarının həyata keçirdiyi aviazərbələrlə bağlı səfirdən məlumat aldıq”, - deyə Boqdanov bildirib.

Xatırladaq ki, İsrail qırıcıları Palmira şəhərində Rusiya hərbi qüvvələrinin yerləşdiyi əraziyə yaxın yerlərə aviazərbələr endirmişdi.

Suriya ordusu bu əməliyyatlarda bir İsrail qırıcısının vurulduğun iddia etsə də, qarşı tərəf bu məlumatları təkzib etmişdi.