adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Mart 2017 22:37
7570
DÜNYA
A- A+

Peruda daşqınlar: 72 nəfər öldü

Peruda son bir həftə ərzində davam edən daşqınlar nəticəsində 72 nəfər həyatını itirib.

Adalet.az xəbər verir ki, paytaxt Limada kommunikasiya xətlərinin tamamilə dağıldığı bildirilib.

Sakit okean səthində baş verən istiləşmə səbəbindən meydana gələn daşqınların daha 2 həftə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, bundan 19 il əvvəl- 1998-ci ildə baş verən analoji təbii fəlakət zamanı ölənlərin sayı 374 nəfərə çatmışdı