adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Mart 2017 17:53
9654
SİYASƏT
A- A+

Rəsul Quliyev Cəmil Həsənlini biabır etdi

ABŞ -da yaşayan eks-spiker Rəsul Quliyevlə Milli Şura rəhbəri Cəmil Həsənli arasında günlərdir davam edən söz atışması nəinki dayanmır, əksinə daha da qızışır və əsl qalmaqala çevrilir.

Adalet.az-ın məlumatına görə, hər şey Rəsul Quliyevin özünün "Feysbuk” sosial şəbəkəsindəki səhifəsində yaydığı video-müraciətdən sonra başlanıb. Xatırladaq ki, R.Quliyev orada 1918-ci il hadisələri və ADR-in yaranması ilə bağlı baxışlarını bölüşmüşdü.

Cəmil Həsənli eks-spikerə sərt cavab verdi, onu savadsızlıqda və siyasi qorxaqlıqda ittiham etdi.

Cəmil Həsənlinin sözlərinə görə, Rəsul Quliyev 2003-cü ildə Bakıya qayıtmaqdan imtina edəndən və onun təyyarəsi Simferopolda yerə enəndən sonra bir siyasətçi kimi ölüb. Milli Şura sədri eks-spikeri, həmçinin onda ittiham edib ki, o, müxalifəti hakimiyyətdən Azərbaycana qayıtmağa icazə almaq üçün tənqid edir.

Onun ittihamlarına qarşı tərəfin cavabı da özünü çox gözlətməyib. Belə ki, müsavat.com-un yazdığına görə, Rəsul Quliyev Cəmil Həsənliyə xitabən deyib: "Bütün həyatı boyu heç bir xeyirli işlə məşğul olmayan, bu gün xalqa xidmət edən bir tələbə belə yetirməmiş, heç kimin oxumadığı, sifarişlə yazılmış kitablarına görə özünü ''professor'' adlandıran psixikası pozulmuş şəxs yeni çızma-qarasında bir daha daxili əxlaqsızlığını nümayiş etdirir".

Eks-spiker sonra bildirib: "Elə bil prezident seçkilərindən sonra 6 ay "prezident mənəm, 65 faizlə udmuşam" deyən təlxək mən olmuşam, bu yox. "Oğurlayanı oğurla" bədnam şüarının müəllifi elə bil bu deyil, kimsə başqasıdır. Saxta sənədlərlə "invalidlik" statusu alan və vaxtından qabaq özünə pensiya təşkil edən (çox ehtimal, kimlərəsə rüşvət verib) insan bu şərəfsiz deyilmiş.

Mənim onu Londana dəvət etdiyimi iddia edən bu yazıq dediyini sübut edə bilərmi, əsla yox. Əgər az da olsa insanlıq keyfiyyətinə maliksə kimin vasitəsilə mənim bu işi gördüyümü desin. Əgər deyə bilmirsə, utanıb xəcalət çəksin.

Mən bu insanı birinci dəfə Vaşinqtonda kiminsə vasitəçiliyi ilə Türk restoranında görmüşəm. Ona qədər və ondan sonra - yəni 2013-cü ilə qədər belə bir adamın olduğunadan belə xəbərim olmayıb. Vaşinqtonda onun mənə verdiyi kitabla tanış olmuşdum və orada M.Bağırovla əlaqədar yazdıqlarının səhv olduğunu demişdim. Bu insan hələ də yalan danışmağın Azərbaycan xalqının imicinə nə qədər ziyan vurduğunu anlamır və bu yalanları deməkdə davam edir. Bu adama "30 milyard pul olan yerdə 100 milyard oğurlamaq mümkün deyildir"i başa salmaq mümkün deyil. Və belə bir insan prezident olmaq arzusuna düşmüşdü".

Rəsul Quliyev daha sonra qeyd edib: "Kimdir, bu professor - "Azadlq" qəzetində ağzına gələni yazan və bu qəzetdə heç bir cavab ala bilməyəcəyinə əmin olan bədbaxt...”.