Cavid Qurbanovdan Cocuq Mərcanlı şəhidinin anasına jest
1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı" nəticəsində işğaldan azad edilmiş Cəbrayılın Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra əsaslı təmir işlərinə başlanılıb.
2016-cı ilin aprelində həyata
keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə erməni
işğalından azad edilib və Cocuq Mərcanlıya təhlükə aradan qalxıb.
Qeyd
edək ki, kəndin azad edilməsində qəhrəmanlıq göstərərək həlak
olanlardan biri də Rzayev Faiq Hüseynağa oğludur. Faiq Rzayev iki il
əvvəl Azərbaycan Prezidentinin sərəncamı ilə "İgidliyə görə” medalı ilə
təltif edilib. Yasamal rayonundakı 150 nömrəli tam orta məktəb şəhid
onun adını daşıyır.
Adalet.az xəbər verir ki, Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Modern.az-a sədr Cavid Qurbanovun şəhid anası ilə bağlı göstəriş verdiyini açıqlayıb:
"Bildiyiniz kimi, vağzaldakı bilet satılan kassalar ləğv edilib. Buna baxmayaraq, sədr Cavid Qurbanovun göstərişilə Ruxsarə Məmmədova Novruz bayramından sonra müvafiq işlə təmin olunacaq”.