adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Mart 2017 16:01
11089
KRİMİNAL
A- A+

Qazaxda heroin alverçiləri saxlanılıb

Qazaxda heroin alverçiləri saxlanılıb.

Adalet.az xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin saytında dərc olunub.

Məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləsuvar rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Fəyaz Məmmədov və Rövşən Vəliyev Qazax rayonu ərazisində 210,392 qram heroini 10.000 manata satarkən tutulublar.