adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Mart 2017 12:24
7592
DÜNYA
A- A+

Ekvadorda daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb

Ekvadorda 15 nəfər aramsız yağan leysan yağışların qurbanı olub.

Adalet.az-ın  TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ekvador Prezidenti Rafael Korrea məlumat verib.

Onun sözlərinə görə, güclü yağışlar nəticəsində 6 min ailəyə ziyan dəyib, 123 ev dağılıb.

Təbii fəlakətin təsirinə ən çox Manabi, Quayas, Napo, El-Oro və Los-Rios bölgələri məruz qalıb.