adalet.az header logo
  • Bakı 20°C
19 Mart 2017 12:15
7344
DÜNYA
A- A+

Vaşinqtonun yaxınlığında evdə partlayış baş verib

ABŞ paytaxtı Vaşinqtonun ətrafında güclü partlayış nəticəsində fərdi ev tamamilə dağılıb.

Adalet.az "RİA Novosti”yə istinadən  xəbər verir ki, polis hazırda uçmuş evin yeganə sakinini axtarır, onun partlayış zamanı evdə olub-olmaması məlum deyil.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.

Məlumata görə, insidentin baş verdiyi gün evin hərracda satışa çıxarılması planlaşdırıbmış.