adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Mart 2017 13:59
7057
SİYASƏT
A- A+

Türkiyə XİN-dən Krımın ilhaqının 3 illiyi ilə bağlı BƏYANAT

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Krımın Rusiya tərəfindən ilhaqının 3 illiyi ilə bağlı bəyanat yayıb.

Bəyanatda beynəlxalq hüquqa zidd olaraq həyata keçirilən bu vəziyyətin qəbuledilməz olduğu bir daha vurğulanıb: "Bir daha Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi ifadə edirik. Türkiyə Krımdakı vəziyyəti yaxından izləməyə və yarımadanın əsl sakinləri olan Krım tatar türklərinin haqq və mənafelərini müdafiə etməyə davam edəcək".