adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Mart 2017 13:22
4403
GÜNDƏM
A- A+

DİN bayram günlərində də işləyəcək

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri bayram günlərində işləyəcək.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

"Novruz bayramı ilə əlaqədar mart ayının 19-dan 27-dək olan müddətdə qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək”-, deyə nazirlik bildirib.