adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Mart 2017 12:38
7919
KRİMİNAL
A- A+

Polis bir gündə 47 cinayətkarı tutub

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 28-i "isti izlər”lə açılıb.

Adalet.az Daxili İşlər Nazirliyinin rəsmis aytına istinadən xəbər verir ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 27 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər tutulub.