adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Mart 2017 23:20
5834
DÜNYA
A- A+

İstanbul səmasında iki təyyarəni ildırım vurub

İstanbulda "Atatürk" adına hava limanına eniş etməyə hazırlaşan iki təyyarəni ildırım vurub. "Doğan" agentliyi xəbər verir ki, hazırda şəhərdə leysan yağışlar davam edir.

İldırım birinci təyyarənin gövdəsini vurub və dispetçerlər bu barədə ikinci təyyarənin pilotlarına məlumat veriblər. Buna baxmayaraq, ikinci hava gəmisi də ildırım vurmasından yayına bilməyib.

Sonda hər iki təyyarə uğurla eniş edə bilib. Zərərçəkənlər və ya təyyarələrə dəyən ziyan barədə məlumat yoxdur.