adalet.az header logo
  • Bakı 18°C
17 Mart 2017 22:38
6840
SİYASƏT
A- A+

İranın keçmiş prezidentinin qızı yenidən həbs olundu

Hökumət əleyhinə təbliğatda ittiham edilərək, İranın keçmiş prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin qızı Faeze Haşimi ikinci dəfə həbs edilib.

Adalet.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, 2012-ci ildə Faeze Haşimi 6 ay müddətinə həbs olunmuşdu. Bundan əlavə, onun ölkənin siyasi və mədəni həyatında iştirakına və "KİV-də fəallıq göstərməsinə” 5 il müddətinə qadağa qoyulmuşdu.

"Faze Haşimi məhkəmə sistemi və mühafizə barədə tənqidi qeydlərinə görə yenidən 6 ay müddətinə azadlıqdan məhrum edilib”, - agentlik "Kalemeh” müxalif internet-nəşrinə istinadən məlumat verir.