adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Mart 2017 22:29
6595
DÜNYA
A- A+

İŞİD “Tac Mahal”ı partlatmaq niyyətindədir

Hindistan hökuməti kütləvi informasiya vasitələrində İŞİD terrorçularının ölkənin əsas tarixi abidələrindən biri - Aqra şəhərindəki "Tac Mahal” muzeyini partlatmaq niyyətində olması ilə bağlı yayılan məlumatlardan narahatlıq keçirir.

Adalet.az xəbər verir ki. bu günlərdə yerli qəzetlərdə İŞİD-in fəaliyyətini izləyən SİTE adlı saytda yer almış bir fotoşəkil də yayımlanıb. Həmin şəkildə "Tac-Mahal”ın rəsminin fonunda İŞİD terrorçularından biri əks olunub.

Polis bildirib ki, hələlik bu xəbər kəşfiyyat məlumatları ilə təsdiq olunmur, lakin işi "taleyin ümidi”nə buraxmaq niyyətləri də yoxdur. Bu səbəbdən muzeyin mühafizəsi gücləndirilib.