adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Mart 2017 21:38
5824
DÜNYA
A- A+

Yəməndə məscidə hücum zamanı 20-dən çox insan ölüb

Yəməndə məscidin atəşə tutulması nəticəsində 20-dən çox insan ölüb.

Adalet.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, hadisə Marib əyalətində hərbi bazanın yerləşdiyi ərazidə, cümə namazı zamanı baş verib.

Naməlum silahlıların hücumu zamanı 22 nəfərin öldüyü bildirilir.

Hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.