adalet.az header logo
  • Bakı 12°C
17 Mart 2017 21:21
6125
İDMAN
A- A+

Mourinyo oyun zamanı futbolçusuna banan verdi – VİDEO

"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo oyun zamanı tamaşaçıları heyrətləndirib.

Adalet.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, dünən Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında İngiltərədə Rusiya "Rostov”unu qəbul edən "Mançester Yunayted”in baş məşqçisi maraqlı addım atıb.

Belə ki, baş məşqçi oyun zamanı acdığını deyən futbolçusu Marcos Roxoya banan soyub verib.

Qeyd edək ki, qarşılaşma 1-0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. "Mançester Yunayted” bu nəticə ilə Avropa Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.