adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Mart 2017 16:45
10927
İDMAN
A- A+

“Azərbaycan asan rəqib deyil”

"Bizim məqsədimiz DÇ-2018-in final mərhələsinə vəsiqəni mümkün qədər tez qazanmaqdır”.

Adalet.az-ın xəbərinə görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv Azərbaycan yığması ilə martın 26-da keçirəcəkləri oyun haqda danışarkən bildirib.

Almaniya Futbol İttifaqının saytına açıqlamasında təcrübəli mütəxəssis deyib:"Biz doğru yoldayıq və hədəfimizə çatmaq üçün inamla irəliləməliyik.Bakıda xal itirməməliyik. Azərbaycan millisi asan rəqib olmadığını bilirik. Onlar Norveçi məğlub etməyə bacarıb. Ammə mən öz futbolçularıma inanıram. Bilirəm ki, doğru qərarlar tapmaq üçün imkanlara malikik. Öz oyunumuzu sərgilədikdə güclü təsir bağışlayırıq”.