adalet.az header logo
  • Bakı 20°C
17 Mart 2017 15:04
7428
MƏMLƏKƏT
A- A+

Tələbələr kilsə, sinaqoq və məsçiddə oldular

Martın 16 -da Bakı Mühəndislik Universitetinin Kimya və Tərcümə bölməsinin bir qrup tələbələri Universitetdə fəaliyyət göstərən "Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda fəaliyyət göstərən Jen Mironesets kilsəsini, Əşkinazi yəhudiləri sinaqoqunu və Heydər Məscidini ziyarət ediblər.

Ziyarət zamanı tələbələrə məlumat verilib ki, ölkəmizdə bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənib. Bu gün də ənənəvi siyasət davam edir və dövlət bu siyasətin daha da şaxələnməsi üçün ən vacib tədbirləri həyata keçirir.

Həmçinin qeyd olunub ki, ölkəmizdə dini zəmində münaqişələrin olmaması, insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar tərəfindən etiraf olunması, dövlətin bu sahədə apardığı uğurlu siyasətin nəticəsidir.

Tələbələr gördüklərindən və aldıqları məlumatlardan məmnunluq ifadə ediblər.