adalet.az header logo
  • Bakı 19°C
17 Mart 2017 14:00
3296
GÜNDƏM
A- A+

İlham Əliyev şahzadə ilə nədən danışdı - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev martın 17-də Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

Adalet.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətləin gələcək perspektivləri r müzakirə olunub.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalın V Qlobal Bakı Forumunda iştirakının əhəmiyyətini vurğulayaraq bunu ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al-Faysal V Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Turki Al Faysal Azərbaycandakı qonaqpərvərliyin və Bakının ecazkar gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd etdi. O, İçərişəhərdə aparılan bərpa işlərinin onda böyük maraq doğurduğunu dedi.

Dövlətimizin başçısı ölkəmizdə son illər tarixi irsin qorunması və müasir arxitektura nümunələrinin yaradılması istiqamətində mühüm işlərin həyata keçirildiyini vurğuladı.