adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ELİMİZƏ BAHAR GƏLİR

FƏRİDƏ RƏHİMLİ
45229 | 2017-03-17 13:44

Xalqımızın ən sevilən bayramı olan Novruzu, elə xalqımızın özü kimi, ilkinliyindən döndərmək istəmiş, başqa adlar altında, başqa məqsədlər üçün istifadə etməyə çalışmışlar. Amma xalqın ruhuna, əməyinə, ilkinliyinə bağlı olan bu bayramı xalqın yaddaşından, qəlbindən çıxarmağa müvəffəq ola bilməyiblər...

Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonraƏrəb xilafətibu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumat libası geyindirməyə cəhd göstərmişlər.

Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar. Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər.Əbu Reyhan BiruniNovruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk"Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

Bəzi qədim inanclara görə kainat 4 ünsürdən -su, od, torpaqvə

küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da "Ab, atəş, xak, badan yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.

Birincisu çərşənbəsiadlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

İkincisiod çərşənbəsiadlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.

Üçüncüsüyel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncüsütorpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar.

Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:

Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.

Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir.

Tonqaldan tullanmaq. Tonqaldan tullanarkən bu ifadə deyilir:"Ağırlığım - uğurluğum odda yansın".

Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə, bu, həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.

Səməni yetişdirmək. Bu, yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.

Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.

Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.

Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.

Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.

Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.

Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür. Novruz oyunları oynamaq. Məsələn,ənzəli.

Azərbaycandaadətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("gün çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Göründüyü kimi, bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır.

Novruz bayramı(Yeni Gün bayramı,Ərgənəgün bayramı,Bahar bayramı;farsca Noruz, özbəkcəNavruz, türkməncəNowruz, kürdcə Newroz, qazaxca Naurız, qırğızca Nooruz, türkcə Nevruz, krımtatarca Navrez) - yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si,21-i və ya22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraqAzərbaycan,İran,Əfqanıstan,Tacikistan,Özbəkistanvə bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

2009-cu ilsentyabrın 30-daNovruzYUNESKOtərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Bu gözəl bayram münasibətilə xalqımızı təbrik edir, müharibəsiz, bahar təravətli Yeni günlər arzulayıram!


P.S. Hər Novruz bayramında, ilaxır çərşənbədə Cavanşir Quliyevi xatırlayıram – istedadlı, incik, qürbətçi bəstəkarımızı. Novruz bayramı ərəfəsində səslənən musiqilər əsasən qara zurnada səslənərdi. Cavanşir Quliyevsə estradaya sazı gətirdi və "Novruz gəlir” musiqisində onun üslubu aydınca duyulur...



TƏQVİM / ARXİV