ÜRƏYİMİN HƏKİMİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
54818 | 2017-03-17 13:42

ProfessorMustafa Gökçəyə içdən gələn bir mesaj

Hər dəfə əlimi qələmə,vərəqə tərəf uzadanda ürəyim səksənir. Və elə həmin anda ürək mənə pıçıldayır ki, bugünkü duruma,bugünkü yaşama görə, borclu olduğum insanlar var. Təbii ki, burda söhbət mənəviyyatdanmənəvi olanı izah, şərh etməkdən gedir. Özü də elə bir səviyyədə ki, qarşı tərəfonu rahatlıqla qəbul etsin. Necə deyərlər,könül pıçıltım qarşı tərəfin könlündə bir layla kimi, bir dua kimi səslənsin…

Təbii ki, hərşey zamanında, yetişdiyi məqamda gözəl olur, təravətli olur. Görünür, həmin o səksənənürəyimin pıçıltısının zamanı gəlib yetişib. Ona görə də mən hər şeyi yaddaşımdatəzələyə-təzələyə başlayıram ürəyimin pıçıltısını sözlərə çevirməyə. Və istəyirəmki, yazdıqlarımın səmimiyyəti də, gerçəkliyi də heç kimdə şübhə yeri qoymasın.Ən azından ona görə ki, həyatda olduğum son illərin bir təşəkkürü, bir minnətdarlığıməhz Mustafa hocanın payına düşür. O Mustafa hocanın ki, mən onu öncə internetsəhifəsindən tanıdım, sonra canım qardaşım Əhməd bəy bizi bir-birimizlə tanışetdi. Özü də bu tanışlıq Türkiyədə, daha doğrusu, Trabzonda gerçəkləşdi. Və mənbu şəhərdəki ən mükəmməl, ən möhtəşəm xəstəxanaların birində Mustafa hocanın qəbulunayazıldım…

Həmin gün əhvalımo qədər də yerində deyildi. Bunun da əsas səbəbi ilin ilk gününü, yəni doğumgününü evimdən, ailəmdən uzaqda qarşılamağım idi. Təbii ki, evin, ailənin təkidi, həm də Əhməd bəyinisrarlı dəvətindən sonra Trabzona gedəsi oldum. Ürəyimi apardım Trabzonun məşhur ürək uzmanı olan Mustafa hocanınhüzuruna. Adətən xəstəlikdən danışmaq, xəstəlikdən yazmaq sevmədiyim, həttaqaçdığım mövzudu. Ancaq bu dəfə bilə-bilə yazıram. Ona görə ki, həqiqətənTrabzonu görməyə, gəzməyə nə qədər maraqlı olsam da, səfərimdə əsas məqsədim ürəyimi,ondan baş açan, ona təsir edib ömrünü uzada biləcək çox uzman, çox tanınmışprofessor Mustafa Gökçənin qəbulunda olmaq idi. Və bu işdə də şəraiti mənim üçün Əhməd bəyyaratmışdı. Elə xəstəxanaya da məni o aparmışdı. Çox möhtəşəm bir xəstəxanabinasının dəhlizində növbəyə dayanmış xeyli insan vardı. Biz də növbə tutduq vədəhlizdə düzülmüş oturacaqların birində əyləşib növbəmizi gözlədik. İlk dəfəölkədən xaricdə həkim qəbulunda olduğum üçün daxilən narahat idim. Üstəlik də bütünfikrim, diqqətim ətrafda dolaşan insanların, qəbuluna gəldiyim həkimlə bağlı etdikləri söhbətlərəyönəlmişdi. Deməkolar ki, hamı Mustafa hocanı soruşur, Mustafa hocadan danışırdı. Türkiyəninmüxtəlif bölgələrindən gələn insanlar ağızlarını açıb dillərinə gətirdikləriilk söz və mənim yaddaşıma yazılan kəlmə«çox iyi, çox uzman bir doktor!» ifadəsi idi. Bu gün etiraf edim ki, məhz həmino sözlər içimdə ümid yaradırdı, daxilimdəki sıxıntını azaldırdı. Elə bil oadamlar mənim qəribliyimi, narahatlığımı duymuşdular. Ona görə də ancaq ümidlisözlər danışırdılar, işıqlı sözlər dilə gətirirdilər. Və mən də yavaş-yavaşdoktorumun məni xilas edəcəyinə, mənə yardım edəcəyinə daha çox inanmağabaşlayırdım. Görünür, möcüzə yaradan Allahın mənim düşdüyüm halı, içindəolduğum durumu qiymətləndirirdi və bu yolla da mənə təsəlli verirdi, ümidverirdi. İndi söyləyəcəyim fikirsizdə bəlkə də təbəssüm yaratdı. Amma inanın ki, çox gerçək bir fikirdi və mənonu nə vaxtdı yaddaşımda yaşadıram, ürəyimdə gəzdirirəm. Belə ki, professorMustafa hocanın qəbulunda dayandığım zaman onun assisentlərindən biri xəstənin suallarınıcavablandırarkən dedi ki, çox uzman bir doktor, ürəyin içini də görür!

Mən bu sözü eşidəndəşairliyim, jurnalistliyim başıma vurdu. Fikirləşdim ki, demək «batdım!».Mustafa hoca ürəyimin içini görsə, tay gərək ortalığa çıxmayam. Çünki bütünsirlərim, bütün gizli duyğularım və nəhayət, Allahımla, iç dünyamın sahibiyləetdiyim söhbətlər oxunacaq, görünəcək. Bax, bu qəribə, bir az zarafat kimigörünən fikirlərin içində olarkən məni içəriyə dəvət etdilər. Əhməd bəy də mənimləbirlikdə Mustafa hocanın otağına daxil oldu. Gördüyüm məqam, gördüyüm mənzərəağlımda köklü bir dəyişiklik etdi. Çünki mən o qədər də böyük olmayan bu otaqdaelə bir səliqə-səhman, elə bir ürəyi, ruhu rahatlayacaq mühit gördüm ki, inanabilmədim bu odaya xəstələrin daxil olub çıxmasına. Sanki burda nə xəstə, nə xəstəlik barədə söhbətbelə getmir. Əksinə, aura o qədər rahatedicidi ki, xəstəlik, ağrı-acı adamınyadından çıxır. Digər tərəfdən də odanın sahibi, yəni Mustafa hoca o qədər gülərüz,o qədər istiqanlıdı ki, sanki min ildi bu insanı tanıyırsan, onunla təmasdaolursan, söhbətləşirsən. Bax, belə bir auranın içərisində doktorun əlini mənə tərəfuzatması da məndə bir çaşqınlıq yaratdı. Çünki MDB məkanında, eləcə də bizimözümüzdə sayılan, seçilən həkimlərin ilk gördüyü xəstəyə əl uzatdığına təsadüfetməmişəm. Ona görə də bir az ehtiyatla Mustafa hocanın əlini sıxdım. O dadoğma bir insan kimi halımı soruşdu, necə gəldiyim, yolda narahatlıq keçirib-keçirməməyimləmaraqlandı. Mən gözaltı Əhməd bəyə baxdım. O, gülümsəyirdi. Hiss etdim ki, barəmdəMustafa hocaya o, məlumat verib.Və başladı həkim-xəstə söhbəti. Sual cavablar və sonra da müayinə…

Bəli,beləcə tanış oldum Mustafa hocayla. Onun otağında gördüyüm ürəklə bağlı şəkillərdəntutmuş kitablara qədər… Onun kompüterinin ekranındakı yazılara qədər… həmçininmüxtəlif elmi konfranslarda, tədbirlərdə, hətta əməliyyatlarda çəkilmiş şəkillərəqədər hər şey yazıldı yaddaşıma. Bu istiqanlı, səmimi, mehriban insanındavranışı, xəstəyə verdiyi sual, xəstəylə qurduğu dialoq o qədər canlı, o qədərorijinal bir formada yaranırdı ki, şəxsən mən vətənimdə, güvəndiyim və hərzaman köməyini hiss etdiyim kardioloq Rafiq Yusifovla (özü də artıq 30 iləyaxındır – Ə.M.) yalnız bu cür doğmalıq yaşamışam. Deməli, işini bilən, işininmahiyyətini bütün incəliklərinə qədər prosesə tətbiq etməyi bacaran insanlarharada, hansı millətdən olmasından asılı olmayaraq, həmişə ehtiram, hörmətqazanırlar, təşəkkürə layiq görülürlər. Artıq bir neçə ildir ki, mənim ürəyimMustafa hocanın,bir növü nəzarəti altındadı, onun himayəsindədi. Onun məsləhətləri, onunxeyir-duası hələ ki, döyündürür ürəyi, hələ ki, ömrünə ömür calayır. Və mən dəonun etdiyi əməliyyatı, yazdığı dava-dərmanı təbii ki, bir pasiyent olaraq dəyərləndirirəm.Anlayıram ki, bütün bunlar təkcə həkimin vəzifəsi, işi deyil. Bunlar həm dəmüalicə olunan bir xəstə kimi mənim də məsuliyyətimdi, mənim də tövsiyələrə əməletmək borcumdur. Təbii ki, bacardığım qədər. Və bütün bu yazdıqlarımın bir məqamınıyəqin ki, siz də unutmadınız. O da Mustafa hocanın ürəyimin içini görməsi ilə olan məqamdı. Məhz məni əməliyyat otağına aparanda damən həmin məqamı ağlımdan çıxara bilməmişdim. Elə əməliyyatdan sonra özümə gələndəilk yazdığım şeirlərdən biri həmin o ürəyin içiylə bağlı idi. Onda yazmışdımki:


Ağız dolusu

təriflədilər

bir nəfəsə

təqdim etdilər

öz işində

uzmandı –

dedilər

mən də,

bütün eşidənlərdə

inandıq…

bax onda

düşündüm

bu ki,

böyük loğmandı

deməli,

ürəyimin

içini görəcək!

məni

heç vaxtyaşamadığım

bir həyəcan

əsir aldı…

əlim

ürəyimin

üstündə qaldı

qorxdum ki,

Allahdan başqa

kimsənin

görmədiyi,

tanıyıb bilmədiyi

Səni

nəhayət ki,

o görəcək!

və məni

sevməyəni

ürəyimə ağrısayacaq

hamı da

dərdimin

tapıldığına inanacaq…

amma

bu uzman,

bu loğman həkim

dörd tərəfdənbaxıb

ürəyimin şəkliniçəkib-

çıxa bilərsən! –deyib

başını buladı

və yerindənqalxdı…

köməkçi

növbədəki xəstəniçağırdı.

həkimin yazdığı

reseptdən isə

«dəli» sözü

üzümə baxırdı!


***

Gəzib dolaşdığımqədim türk şəhərində içimdə bir rahatlıq vardı. Elə bil ki, Şuşanı gəzirdim… eləbil ki, Xankəndidə dolaşırdım… elə bil ki, Laçına tərəf qalxırdım… elə bilİstisuyun Taxtasındaydım. Və bütün bunlar da mənə o qədər rahatlıq gətirmişdiki, bir anlıq harda olduğumu unutmuşdum. Üstəlik də Mustafa hocanın ilk müdaxiləsindən,ilk ilaclarından sonra ürəyim də sözə baxan olmuşdu. Mən də bu ürəyin sözəbaxanlığından istifadə edib ona bir hüzür bağışlamışdım. Yəni, icazə vermişdim ki, istədiyi kimi yaşasıno anları. İllərdən bəri arzuladığı gözəl anlardan biri ilə baş-başa qalabilsin… Üstündən neçə illər keçməsinə baxmayaraq, o anı, daha doğrusu, o anlarıxatırlayanda ürəyimin kiçik bir zaman kəsiyi içərisində necə rahatlandığınıhiss edirəm. Deməli, diqqət, qayğı, səmimiyyət,eləcə də xəstə ilə onu rahatlaya biləcək şəkildə münasibət qurmaq özü də bir həkimlik,bir loğmanlıq imiş. Bu yerdə müdriklərin bir fikri yadıma düşür. Müdriklər söyləyirlərki, həkim var sözlə, münasibətlə, inandırmaqla xəstəni müalicə edir, həkim dəvar qorxutmaqla, çəkindirməklə, təyziqlə xəstəni ayağa qaldırmaq istəyir.Birincilər istəyinə daha tez və həmişə çatır, ikincilər isə…

Bax, mən dədoktor Mustafa hocanın odasından çıxandan sonra, özü də onun əlimi sıxaraq«hocam, şeirlərini yaz, qəzeteçiliyinielə, hər şey yaxşı olacaq» söyləməsi içimdəki inamı birə beş artırmışdı. Və məndə Allahıma da, dostum-qardaşım Əhməd bəyə də, eləcə də Trabzonda tanış olubdostlaşdığım, qardaşlaşdığım insanların hər birinə minnətdarlıq hissiylə bu şəhəringörməli, gəzməli yerlərini yaddaşıma köçürürdüm. Və yaddaşıma köçürdükləriminiçərisində bir şeir də var idi. O şeiri indi sizin üçün də yazıram. Vəxatırladım ki, həmin şeiri özümə çox doğma bildiyim Universitet məhəlləsinin din adamı, caminin axunduİbrahim hocaya ünvanlamışdım. İbrahim hoca da məni şəhərin bir neçə saatlıq məsafəsindəolan kəndinə qonaq aparanda sanki Qarabağa, öz kəndimizə gedən yolda idim.


Vadinin dərinliyində

az qala

dərənin tamdibində

ayaqlarını

dağ çayı,

saçını

buludlar öpən

bir kənd var…

çay kolları

fındıq ağacları,

bal kimialmaları,

bir də

torda

müsafirləri gözləyən

balıqları…

bu kəndin

sakini olan

adamları

mənə o qədər

doğma gəldi ki,

oyatdı içimi

hocam

İbrahim Məzlumu

ürəyimə sıxıb

öpdüm-

elə bu torpağı

öpdüyüm kimi!..


Hə, düşünürəmki, indi içimdə bir rahatlıq var. Ən azından ona görə ki, ürəyimin mənəviborcunu axır ki, kağıza köçürdüm. Düşünürəm ki, bu ömürdə mənəvi borcugecikdirmək, ertələmək, yəni sabaha saxlamaq heç də doğru iş deyil. Ən azındanona görə ki, sabahın necə açılacağına heç kim qarant verə bilməz. Deməli, işivaxtında görmək lazımdı. Mən isə gecikdim, çox gecikdim. Buna görə dəyərlidoktorum, professor Mustafa Gökçədən üzr diləyirəm.


TƏQVİM / ARXİV