TUT QURUSU…

FAİQ QİSMƏTOĞLU
53592 | 2017-03-17 13:09

… At arabası birxeyli gedəndən sonra dərin bir çalaya düşdü.Arabanı sürən Cəmşid kişi möhkəm əsəbləşdi. Dedi ki, buna bax ey, təkər də düşməyəyer tapdı. Bir az atı dəhmərlədi, hətta qamçıyla quyruq tərəfindən bir zərbə dəvurdu. At gücünü toplayıb arabanı dərin çaladan çıxardı. Çala bir deyildi, iki deyildi.Kəndin aşağı hissəsindən yuxarı başına qədər olan bu yolda o qədər çala-çuxur vardıki, saymaq da olmurdu. Arabanı yaxşı sürən adamlar bu çala-çuxurları əzbər bilirdilər.Hətta gecə vaxtı gedəndə belə bilirdilər ki, harda çala-çuxur var. Ona görə də arabanıehmalca sürürdulər…

… Təkərlərin cırıltısı adamın başına düşürdü. AncaqZəri arvad nə bu cırıltıdan, nə də çalaya düşən arabanın səsindən heç vaxt bezməzdi.Gözünü açandan elə bu araba onlardaydı. Bu dəfə də oğlu Cümşüd onu bacısıgilə aparırdı.Daha doğrusu, Zəri arvad kəndin yuxarı başında yaşayan qızının, nəvələrinin yanınagedirdi. Araba bir qədər gedəndən sonra yenə dərin bir çalaya düşdü. Cümşüd kişiəsəbləşdi:

- Çər dəymişlər hardaçala var arabanı aparıb salırlar o çalanın içinə…

… Əlindəki qamçıylaata yenidən bir zərbə ilişdirdi. At güc verdi və çalaya düşmüş arabanı ordan çıxardı.Arabanın təkərləri isə hələ də cırıldayırdı. Cümşüd kişi də deyirdi ki, gərək gedimkolxozun qarajına, orda zavqar Məhəmməddən araba təkəri yağı alım və təkəri yağlıyım.Bəlkə bundan sonra arabanın təkəri belə cırıldamıya. Hər dəfə deyirdi, vaxt tapıbgedə bilmirdi…

Zəri arvad evdə saxladığıtut qurusunu, ərik qurusunu, alça qurusunu və alma qurusunu çox səliqə ilə torbalarayığmışdı. Çünki hər il tut mövsümü gələndə həyətlərindəki iri gövdəli tut ağacınıçırpdırar, ondan doşab bişirər, bir qədər də günün altında qurudardı ki, qışda nəvələriyesin xəstələnməsin. Onsuz da uşaqlar qəndənecə alışıblarsa, bir də görürsən ki, qəndə darışdılar, yedilər və dişləri başladıçürüməyə. Ancaq tut qurusunun özgə ləzzəti vardı…

Qapıya çatanda nəvələrionu uzaqdan görüb heç arabanın darvazadan içəri girməyinə imkan vermədilər. Beşnəvəsinin beşi də sevinə-sevinə qışrıqdı:

- Nənəm gəldi, nənəmgəldi!

… Darvaza açılardıvə araba da həyətə daxil olardı. Heç Cümşüd də bacısıgildə çox ləngiməzdi. Hal-əhvaltutardı, yeznəsini soruşardı, uşaqlarla görüşüb bir sətkan çay içəndən sonra tələsikarabya minib deyirdi:

- Sahədə küləşimqalıb. Axşam düşməmiş gedib onu daşımalıyam. Bu çər dəymiş at da lap əldən düşüb. İki dəfə gedəndənsonra tay heyi qalmır. Ona görə də tez bir vaxtda özümü otlaq sahəsinə çatdırmalıyam.

Zəriarvad evdən gətirdiyi torbanı nəvələrinə verdi. Nəvələrindən böyüyü səbrini basmadantorbanın ağzını açdı. Gördü ki, torbanınbirində tut qurusu var, o birilərində isə ərik, alça, alma. Sevinə-sevinə torbalarıgötürüb evlərinin ikinci mərtəbəsinə qalxdı. O biri uşaqlar da onun arxasınca qaçdılar.Ortancıl dilləndi:

- Nənəm təkcə bunlarısənə gətirməyib ki, aç torbanı bizə də ver!

Böyük qardaş əlininarxasıyla tərini silərək sakit səslə «heç ürəyinizi sıxmayın, hamınıza bundan payverəcəm. Əvvəl anama göstərim, sonra da bir yerdə bölüşərik» - dedi.

Böyük qardaş torbalarınhamısını anasına verdi. Başları pay-pürüşə necə qarışmışdısa, nənələri yaddan çıxmışdı.Nənələri Zəri arvadın da çöhrəsindən nur yağırdı. O qədər sakit, o qədər mehribanxanım idi ki, hətta nəvələri onun çiyninə çıxır, arvadı əldən salır, amma buna yenəbir söz demirdi.

Axşamüstü Zəri arvadnəvələrini başına yığdı. Dedi ki, bilirsiniz də, o biri nəvələrimi də çox istəyirəm,sizi də. Sizin payınızı ayrı saxlıyıram. Amma bir oğul nəvəmvar, çox dəcəl uşaqdı. Bir dəfə gördüm ki, sizə saxladığım tut qurusunu bir-birüfürüb cibinə yığır. Nə təhər təpindimsə, bir də qorxusundan tut qurusu yığılanyerə ürzükmədi…

… Hər dəfə Zəri arvadqızıgilə gələndə toy-bayram olardı. Yeznəsi isə çox sərt və ağızdan portov adamidi. Tez-tez söyüş söyərdi. Hətta qayınatasını da söyməkdən belə çəkinməzdi. Heçqayınatasının üzünü belə görməmişdi ha. Əsəbləşəndə bilmirdiarvadı söysün, yoxsa onun dədəsini. Nə qədər əsəbləşsə də, bir dəfə də olsunZəri arvadı söyməmişdi. Deyirdi ki, o arvadı anam qədər çox istəyirəm. Qaynım bizim ailənin işinə burnunusoxur, ancaq o arvad mən haqsız olsam da həmişə qızını danlayır və məni müdafiəedir.

… İllər keçdi vəgünlərin bir günündə Zəri arvad da dünyasını dəyişdi. Artıq nəvələri də böyümüşdü.Eləsi vardı ali məktəbdə oxuyurdu. Zəri arvadrəhmətə gedəndən sonra tay bir kimsə onlara tut qurusu gətirmədi. Heç uşaqlarbunu gözləmirdilər də. Ancaq sadəcə olaraq hər dəfə dayısıgilə gedəndə o tut ağacınıgörərdilər və nənələri Zəri arvad yadlarına düşərdi. Çıxardılar tut ağacına, doyuncayeyərdilər və sonra da yerə düşərdilər. Bir dəfə də uşaqlar dayısıgilə gedəndə gördülərki, tay tut ağacı quruyub və heç bir bar gətirmir. Onlar bir ağaca baxdılar, birdayısı uşaqlarına. Dedilər ki, bunlar hamısı Zəri nənəmin üzünəymiş.

… Nənələri tez-tez yuxularına girərdi. Yuxularına girəndədə nəvələri kövrələr və nənələrinin nurani çöhrəsindən danışardılar. Deyərdilərki, nənəm də yuxuda bizdən soruşur ki, balam, dayıngil sizə tut qurusu verirmi?Biz də susurduq və heç bir şey demirdik. Elə bil nənələrinə də ayan olmuşdu ki, oğlugilin həyətindəki o iri tut ağacıona görə quruyub ki, dayısıgil bacısı uşaqlarına o tut qurusundan hər il pay verməyiblər.Və bir də o tut ağacı ona görə quruyub ki, tay Zəri arvad da bu dünyada deyildi.Tut ağacı da onun ayrılığına, həsrətinə dözməyib qurumuşdu…

TƏQVİM / ARXİV