adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Mart 2017 12:29
10536
MƏDƏNİYYƏT
A- A+

“CinemaPlus Azerbaijan” kinoteatrında ulduzlu “Kino gecəsi” - VİDEO

"CinemaPlus Azerbaijan” kinoteatrında martın 17-dən 18-nə keçən gecə üç filmdən ibarət Ulduzlu kinomarafon keçiriləcək.

Adalet.az xəbər verir ki, 23:30-dan səhər saat 6:00-dək qonaqlar üçün "Super Alibi”, "Bayram axşamı” və "Stalinin Başı” filmləri nümayiş olunacaq.


"Super Alibi” filmi "Cinemazadeh” studiyasında məşhur aktyorlar tərəfindən azərbaycan dilinə dublyaj olunub. Həmin aktyorları "Kino gecə”də görmək mümkün olacaq. Həmçinin tədbirdə "Bayram axşamı” və "Stalinin Başı” filmlərinin aktyor heyəti də iştirak edəcək.

Seanslar arası fasilələrdə musiqi müşaəti, furşet masası, alkoqollu və alkoqolsuz içkilər masası olacaq, müsabiqələr keçiriləcək.

Biletləri "CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar.

Biletin qiyməti: 25 AZN. VIP 40 AZN

Əlavə məlumat: 012 499 89 88 və ya 119

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.