adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Mart 2017 11:52
6298
ELM VƏ TƏHSİL
A- A+

UNEC-də Gənc Alimlər Məktəbi yaradılacaq

Dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan"Thomson Reuters" in departament direktoru Oleq Utkin və şöbə müdiri Valentin Boqorov UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüb."Thomson Reuters" lə universitet arasında gələcəkəməkdaşlığın3 istiqaməti - Beynəlxalq konfransın təşkili, Elmmetrik laboratoriyanınqurulması və Gənc Alimlər Məktəbinin yaradılması görüşün əsas müzakirə mövzusu olub.

Bildirilib ki, UNEC və "Thomson Reuters" in birgə təşkilatçılığı ilə may ayında keçiriləcək "Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışlar və perspektivlər" mövzusunda beynəlxalq konfrans dünyanın nüfuzlu universitetlərinin alimlərini UNEC-də bir araya gətirəcək.Tədbir eyni zamanda ölkədə "Web of Science" platformasına çıxış əldə etməyə dəstək olacaq.Bu isə elmi-tədqiqat işlərinin dünyanın elmiictimaiyyəti arasında tanıdılmasında mühüm rol oynayacaq.Qeyd edək ki, nüfuzlu dünya universitetlərinin alimlərininelmi məqalələrinin konfransa təqdim edilməsilə bağlı çoxsaylı müraciətlər daxil olub.

Görüşdə UNEC-in bazasında yaradılacaq Gənc AlimlərMəktəbi geniş müzakirə edilib.O.Utkin bildirib ki, dünya səviyyəli universitet olmaqdaiddialı olan UNEC-də bu məktəbin təsis edilməsi gənc alimlərə müasir tələblərə cavab verən elmi nəşrlərin və məqalələrin hazırlanmasına, elmi araşdırmaların keyfiyyətinin artırılmasına xidmət edəcək.

UNEC-də həm Azərbaycanın, həm dəregionun digər ölkələrinin maraqlarına cavab verəcək Elmmetrik laboratoriyanın açılması, "Xəzəryanı ölkələrin iqtisadiyyatı" adlı elmi jurnalın nəşri ətrafında da fikir mübadiləsi aparılıb.