adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Mart 2017 10:27
3623
GÜNDƏM
A- A+

Əfvə düşən qadın məhbuslar azadlıqda - FOTO

Azərbaycan prezidenti İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

Sərəncam ümumilikdə 423 nəfərə şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv edilənlər arasında qadınlar da var. Ümumilikdə 18 qadın məhbusun adı sərəncamda qeyd olunub. Onlardan 14-ü bu gün azadlığa buraxılacaq.

Bu münasibətlə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində tədbir keçirilir. Tədbirdən sonra əfv edilənlər azadlığq buraxılacaq.