adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Mart 2017 22:35
12664
SİYASƏT
A- A+

Bolqarıstan Türkiyədəki səfirini geri çağırıb

Bolqarıstan Ankaranı ölkədə vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdə ittiham etdikdən sonra Türkiyədəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Adalet.az
APA-ya istinadən xəbər verir ki, bundan əvvəl Türkiyənin Sofiyadakı səfiri çıxışı zamanı Bolqarıstandakı türkyönümlü "Dost” partiyasını dəstəkləyib.

Bundan başqa rəsmi Sofiya Ankaranın Türkiyədə yaşayan 60 min bolqara "Dost” partiyasına səs verməyə çağırdığını iddia edərək, bu addımı Bolqarıstanın daxili işlərinə birbaşa müdaxilə adlandırıb.

Bolqarıstanda parlament seçkilərinin keçirilməsi martına 26-na planlaşdırılıb.