adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Mart 2017 19:12
4759
MƏMLƏKƏT
A- A+

Bir ayda 202 əkiz, 3 üçəm

Bu il fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9816,1 min nəfərə çatıb. İlin əvvəlindən 6,1 min nəfər və ya 0,1 faiz artıb.

Bu barədə Adalet.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda bildirilib ki, bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub.

Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 nəfər qadın düşür.

Bu ilin yanvar ayı ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12,2 min doğulmuş körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 202-si əkiz, 3-ü isə üçəm doğulanlardır.