adalet.az header logo
  • Bakı 12°C
16 Mart 2017 17:24
6977
ELM VƏ TƏHSİL
A- A+

UNEC kollektivi Novruz şənliyini “Əlilliyi olanlar üçün Şağan müalicə pansionatı”nda qeyd edib

UNEC tələbələri Novruz bayramı münasibəti ilə Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən "Əlilliyi olanlar üçün Şağan müalicə pansionatı”nı ziyarət ediblər.

Universitetdən Adalet.az-a verilən məlumata görə, tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC rəhbərliyi adından pansionat sakinlərini təbrik edib. Novruz Bayramının qədim tarixindən, ənənlərindən danışıb, xalqımızın bu el şənliyini daima qeyd etməsindən söhbət açıb.

UNEC-də fəaliyyət göstərən "Əlilliyi olan tələbələr üçün mərkəz” barədə məlumat verən S.Qəndilova, universitetdə bu kateqoriayadan olan gənclərə xüsusi diqqətin olduğunu bildirib, onların cəmiyyətə adaptasiyası sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən, bu məqsədlə mərkəz tərəfindən görülən tədbirlərdən danışıb.

İqtisad Universitetinin professor-müəllim heyətinin də qatıldığı Novruz şənliyində UNEC Yaradıcılıq Mərkəzinin üzvləri mahnılar oxuyub, şeirlər səsləndiriblər.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.