adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Mart 2017 16:33
6327
ELM VƏ TƏHSİL
A- A+

Strasburq Universitetinin dosenti ADU-da kurs keçir

Azərbaycan Dillər Universitetinin (ADU) Fransanın Strasburq Universiteti ilə əməkdaşlığı çərçivəsində 13 mart tarixindən etibarən Strasburq Universitetinin dosenti Selin Benənjent tərəfindən Fransız dilinin leksikologiyası fənni üzrə xüsusi kurs keçirilir. Fransız dili kafedrasının professor-müəllim heyəti üçün nəzərdə tutulan kursdan əlavə dosent II kurs tələbələrinə də Nitq praktikası fənnini tədris edir.

Kursun Erasmus+ müəllimlərin təcrübə mübadiləsi proqramı çərçivəsində 17 mart tarixinə kimi keçirilməsi nəzərdə tutulub. Kursun sonunda müəllimlərə müvafiq ixtisasartırma üzrə sertifikatlar təqdim olunacaq.