adalet.az header logo
  • Bakı 18°C
16 Mart 2017 18:17
8812
MƏDƏNİYYƏT
A- A+

Habil Əliyevin 90 illik yubileyi keçirilib

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən xalq artisti Habil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Adalet.az-ın məlumatına görə, Ə.Bədəlbəyli adına 11 illik 23 nömrəli Uşaq Musiqi Məktəbində təşkil olunmuş tədbirdə xalq artistləri Canəli Əkbərov, Fəxrəddin Dadaşov, əməkdar incəsənət xadimi Arif Əsədullayev, İdarənin baş məsləhətçisi Mehriban Qurbanova, uşaq musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Ölməz sənətkar Habil Əliyevin həyat və yaradıcılığına əks edilən video çarx nümayiş olunub. Məktəbin xanəndə şöbəsinin müəllim və şagirdlərikaman ustasınınifa etdiyi muğamları və onun bəstələdiyi mahnıları səsləndiriblər.

Sonda sənətkarın qızı Vəfa Əliyeva çıxış edərək tamaşaçılarla atasıyla bağlı xatirələrini bölüşüb və ailəsi adınan tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.