adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Mart 2017 09:57
6140
DÜNYA
A- A+

Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri bəlli oldu

ABŞ Senatı keçmiş senator Deniyel Koutsu (Dan Coats) Milli Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə təsdiqləyib.Senatda keçirilən səsvermə nəticəsində 73 yaşlı Kouts bu vəzifəyə layiq görülüb.

Qeyd edək ki, Kouts 10 ildən çox Senat üzvü olub. Daha əvvəl isə 4 il Nümayəndələr Palatasının üzvü olub. Kouts Senatın kəşfiyyat üzrə xüsusi komitəsinin üzvü vəzifəsində də işləyib. Kouts kiçik Corc Buşun prezidentliyi dövründə ABŞ-ın Almaniyadakı səfiri olub.

Məlumat üçün bildirək ki, ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəisi, Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu daxil olmaqla, ABŞ-ın 17 xüsusi xidmət orqanının fəaliyyətini əlaqələndirir.