adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Mart 2017 09:51
4804
MƏMLƏKƏT
A- A+

Azadlıq prospektində yolun çökən hissəsi təmir olunub

Martın 13-də paytaxtın Azadlıq prospektində yolun çökən hissəsi təmir olunub. Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum rəsmisi bildirib ki, çökmə yolun altından keçən kanalizasiya xəttində sızma nəticəsində baş verib: "Kanalizasiya xəttində sızma olub, yolun alt qatını yuyub və təxminən 3-4 kvadratmetrlik ərazidə çökmə yaranıb. Hadisə ilə bağlı dərhal ərazidə təhlükəsizlik tədbirləri görülüb, aidiyyəti qurumlara məlumat verilib. Aidiyyəti qurumlar tərəfindən kanalizasiya xəttinin sızma baş verən hissəsi təmir olunub. "Azəravtoyol" ASC tərəfindən isə yolun həmin hissəsi təmir olunub".