adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Mart 2017 18:43
40139
HADİSƏ
A- A+

İntihar edən tanınmış yazar dəfn olundu - YENİLƏNİB

Bu gecə saatlarında intihar edən yazar Mövlud Mövlud doğulduğu Qazax rayonunda dəfn edilib.

Adalet.az xəbər verir ki, o, dayısının məzarının yanında dəfn edilib. M.Mövludun qardaşı dəfn mərasimində iştirak edən media nümayəndələrinin şəkil çəkməsinə razılıq verməyib.

***

Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.

Hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu özünü eyvandan yerə atıb.

M.Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, intihar edən Abdullayev Mövlud gənc yazar Mövlud Mövluddur.