adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Mart 2017 22:36
3242
GÜNDƏM
A- A+

Ukrayna prezidenti Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasını alqışlayıb

Ukrayna Prezidenti Pyotr Poroşenko bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Prezident Pyotr Poroşenko, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səmimi salamlarının, həmçinin onun adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olması münasibətilə Mehriban xanım Əliyevaya təbrikinin çatdırılmasını xahiş edib. Ukrayna Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlərini vurğulayıb, bu mühüm təyinatın Azərbaycanın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluğunu bildirən Pyotr Poroşenko ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini və bu sahədə geniş imkanların olduğunu vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkür edib və Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Ukrayna Prezidentinə çatdırıb.

Görüşdə ölkələrimizin BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyi, bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.