adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Mart 2017 22:10
15922
İQTİSADİYYAT
A- A+

İran neft hasilatının həcmini donduracağını bildirib

OPEC təşkilatında 3-cü ən böyük neft hasilatçısı olan İran gündəlik neft hasilatını hazırda hasil etdiyi 3,8 mln. barel səviyyəsində donduracağını bildirib.

Adalet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama İranın neft naziri Bican Namdar Zanqane tərəfindən İRNA agentliyinə verilib.

Nazir deyib ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələr hasilatın azaldılması ilə bağlı iyun ayında müddəti bitən 30 noyabr Vyana anlaşmasının vaxtını daha 6 ay uzadarsa İran hasilatı dondurmağa hazırdır.

Xatırladaq ki, OPEC-in rəsmi hesabatına görə, İran fevral ayında gündəlik 3,8 mln. barel neft hasil edib. Nazir isə öz növbəsində bir qədər əvvəl mart ayında ölkəsinin neft hasilatını 4 mln. barel/günə çatdıracağını deyib.