adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Mart 2017 18:14
8825
ELM VƏ TƏHSİL
A- A+

İndoneziyalı səfir UNEC tələbələri ilə görüşüb

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani UNEC-də olub.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosentŞahin Bayramov2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin10 yanvar 2017-ci il tarixli Sərəncamına diqqət çəkib. "İslam Həmrəyliyi İli" nin elan edilməsinidözümlülük, sülh, tolerantlıq və dünyəviləşmə ideyalarının təbliğində dövlətin rolunu qabardan əlamətdar hadisə adlandırıb.IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlıqərarın ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratdığını bildirib.Prorektor UNEC-də mütəmadi olaraq "İslamHəmrəyliyi İli" nə həsr olunan görüşlər təşkil ediləcəyini qeyd edib.

Səfir Hüsnan Bəy Fanani bildirib ki, Azərbaycanİndoneziya ilə münasibətlərini müstəqilliyini bərpa etdikdən sonra yaradıb və bu əlaqələr iqtisadiyatın bütün sahələrində, xüsusən ticarət, turizm, eyni zamanda təhsil sektorunda yüksələn xətlə davam etməkdədir.Mədəni və mental dəyərlər baxımından iki ölkənin xalqlarıarasında paralellər aparılmasının mümkün olduğunu bildirən səfir İndoneziyanın multikultural, plüralist ölkə olduğunu diqqətə çatdırıb.Səfir əhalisinin sayına görə ən böyük müsəlman ölkəsiolan İndoneziya haqqında tələbələrə geniş məlumat verib.

UNEC tələbələri səfirə İndoneziyanın ali təhsil sistemi,mübadilə şərtləri, müsəlman ölkəsi kimi özəllikləri və turizm imkanları ilə bağlı suallar veriblər.

Sonda Hüsnan Bəy Fanani tələbələr üçün İndoneziya musiqiləriniifa edib.

Görüş UNEC-in Rus İqtisadiyyat Məktəbinin "Gənc diplomatlar" klubunun təşəbbüsü ilə reallaşdırılıb.