adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Mart 2017 18:00
11789
SİYASƏT
A- A+

Putindən Qarabağla bağlı AÇIQLAMA

"Ermənistan prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayırdıq".

Bunu Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.

"Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində, eləcə də Bakı və Yerevanla birbaşa təmaslarda Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı qəbul olunan həll yolunu tapmağa kömək etməyə davam edir", - deyə Putin qeyd edib.

Serj Sarkisyan isə münaqişənin sülh yolunda həllində göstərdiyi səylərə görə Rusiyaya, eləcə də digər həmsədr ölkələrə təşəkkürünü bildirib: "Görüşdə 1994-95-ci illərdə imzalanan atəşkəs sazişinə əməl edilməsinin vacibliyi qeyd olundu. Eyni zamanda Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların reallaşdırılmasının zəruriliyi vurğulandı. Biz münaqişənin həllində hədə və güc yolunun tətbiqinin qəbul edilməzəliyi, bunun sülh prosesinə zərbə vurması ilə bağlı həmfikirik".