adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Mart 2017 17:44
6141
DÜNYA
A- A+

İran rəsmən Suriyada atəşkəsə zamin oldu

İran rəsmi olaraq Suriyada atəşkəs rejiminə əməl edilməsi üzrə təminatçı ölkə statusu alıb.

Bu barədə Astanada mətbuat konfransında Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev bildirib. Onun sözlərinə görə, bu qərar Astana danışıqlarının vacib nəticəsi hesab olunur.

"Hesab edirik ki, təminatçı ölkələr və Suriya silahlı müxalifəti arasında müzakirələr mütləq davam etdirilməlidir. Həm Türkiyə, həm də İran tərəfdən kifayət qədər ətraflı məlumat almışıq və hazırda İŞİD və "Cəbhət ən-Nüsrə" tərəfindən nəzarət edilən sahələrin xəritələri cızılır".