ANA SƏHİFƏ / AVTOMOBİL

Bakıda nəqliyyatın hərəkəti DƏYİŞDİRİLƏCƏK

60524    |   2017-03-15 17:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının təhlükəsiz və səmərəli şəraitdə keçirilməsini təmin etmək məqsədilə yarış məkanlarının ətrafında nəqliyyatın hərəkətinə və parklanmaya məhdudiyyətlər tətbiq ediləcək".

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov deyib.

Onun sözlərinə görə, atılan addımların əsas məqsədi ərazidə yaşayan sakinlərin gündəlik həyatına və şirkətlərin fəaliyyətinə təsir edəcək narahatlığı minimuma endirməkdir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, oyunlar zamanı yarış məkanlarının bilavasitə ətrafında Nəqliyyatın Hərəkətinə Nəzarət Zonası yaradılacaq ki, bu zonalara ancaq xüsusi buraxılışı olan nəqliyyat vasitələri daxil ola biləcək. Buraxılış vəsiqəsi olmayan digər nəqliyyat vasitələrinin bu zonaya girişi qadağan olunacaq. "İstisna olaraq, yarış məkanlarından Bayıl Arena, Ağır Atletika Akademiyası, AZAL Arena, Tennis Akademiyasının ərazisində sakinlərin yaşadığını və biznes obyektlərinin fəaliyyət göstərdiyini nəzərə alaraq onların bu ərazilərə girişini təmin etmək üçün giriş və çıxış icazəsi veriləcək. Digər yarış məkanlarında Nəqliyyatın Hərəkətinə Nəzarət Zonalarında yaşayış binalarının və şirkətlərin olmadığını nəzərə alaraq bu ərazilər üçün heç bir buraxılış nəzərdə tutulmayıb. İcazələr Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən veriləcək. Bunun üçün sözügedən yarış məkanlarının ətrafında tətbiq olunacaq Nəqliyyatın Hərəkətinə Nəzarət Zonalarında yaşayan sakinlər və fəaliyyət göstərən şirkətlər müvafiq rayonların Mənzil İstismar Sahələrində 14 mart - 31 mart tarixləri ərzində qeydiyyatdan keçməlidirlər", - deyə K.Əliyev qeyd edib.

Eyni zamanda, oyunlar zamanı bütün yarış məkanlarının ətrafında nəqliyyat vasitələrinin parklanmasına məhdudiyyətlər qoyulacaq: "Bu ərazilər polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılacaq və park olunan avtomobillər təxliyə edilərək cərimə meydançalarına aparılacaq. Ümumilikdə Nəqliyyatın Hərəkətinə və Parklanmaya Nəzarət Zonaları 1-25 may tarixlərində fəaliyyət göstərəcək və bu müddət ərzində şəxsi avtomobili olan vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur".




İmza:apa
SON XƏBƏRLƏR
2018-02-20
2018-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Eşşək deyir ki, ot qırmızıdı.

Canavar da deyir:

- Ay eşşək, ot yaşıl olur.

Eşşək deyir, yox, qırmızıdı.

Canavar deyir, yaşıldı.

Mübahisə uzanır. Axırda gedirlər şirin yanına ki, mübahisəni kəssin.

Şir hökm çıxarır ki, eşşək azadlığa buraxılsın, canavara altı aylıq həbs verilsin.

Canavar deyir:

- Şahım, ot nə rəngdədi?

- Yaşıl.

- Bəs, onda niyə məni haqsız çıxarıb tutdurursan?

Şir deyir:

- Eşşəklə mübahisə elədiyinə görə.





digər lətifələr
ARXİV
FACEBOOK